İran və Azərbaycan arasında sərhədin yenidən açılması iki ölkə münasibətlərində əsas mövzulardan biridir.
BUTA.TV xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib.
Nazirin sözlərinə görə, son bir il ərzində İran və Azərbaycan prezidentləri arasında keçirilən bütün görüşlərdə, eləcə də onun Azərbaycan xarici işlər naziri ilə danışıqlarında sərhədin bağlı qalması məsələsi mütəmadi şəkildə gündəmə gətirilib:
“Azərbaycan tərəfi bütün sərhədlərinin bağlı olduğunu və bunun yalnız İrana aid olmadığını əsas gətirib. Lakin mövzunun yenidən araşdırılacağına və qərarın nəzərdən keçiriləcəyinə dair söz verib. İran tərəfi hazırda sərhədin açılması ilə bağlı Bakının cavabını gözləyir. Sərhədin açılması Azərbaycan Respublikası ilə münasibətlərimizdə əsas məsələlərdən biridir”.
- İran ABŞ hərbçilərinin başına mükafat qoydu - 30 min dollar
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu marşrutların dayanacaqları dəyişdirildi
- 65 yaşlı kişi Bakıda daş karxanasında öldü
- General Abbasəli Novruzov vəfat etdi
- Yalan deyirlər, biz ailə deyilik...
- Qarabağ kanalında bir nəfər batdı