Türk ölkəsində seçki: Rusiya “rusdilli əhali”dən narahatdır

13:44 - 31 Oktyabr 2025 - GÜNDƏM

 Türk ölkəsində seçki: Rusiya “rusdilli əhali”dən narahatdır

Qırğızıstanda noyabrın 30-da növbədənkənar parlament seçkiləri keçiriləcək. 90 yerlik parlamentə 530 namizəd var. Kremlə bağlı media bu seçkilərlə bağlı bir neçə məqama diqqət çəkib. Birincisi, Qırğızıstanda millətçi şüarların artdığını və deputatlığa namizədlər arasında rusdilli əhalinin təmsil olunmadığını yazıblar.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Kreml qonşu ölkələrdəki əhalini müxtəlif ”hissələrə” bölmək şakərindən hələ də imtina etmir:

“Rusdilli əhali” nə deməkdir? Qırğızıstanda yaşayan və bu ölkənin vətəndaşı olan hər kəs qırğız dilini bilməlidir. 2023-cü ildə Qırğızıstan parlamenti “Qırğızıstan Respublikasının dövlət dili haqqında” qanun qəbul edib. Bu qanuna görə, qırğız dilinin istifadəsi məcburidir. Prezident Sadır Japarovun bu məsələylə bağlı qəti mövqeyi var: “Qırğız dili varkən sənədləri rus dilində aparmaq düzgün deyil”.

Buna baxmayaraq, Kremlə bağlı media qonşu ölkələrdə “rus dili” və “rusdilli əhali” tezislərindən imtina etmir. Kremlə bağlı medianı Qırğızıstanda narahat edən başqa məqam bu ölkənin Çinlə əlaqələrini genişləndirməsidir. İndi guya Rusiya və Çin strateji tərəfdaşdırlar. Reallıqda isə Kreml Çinin Mərkəsi Asiya ölkələrində mövqelərinin möhkəmlənməsini narahatlıqla izləyir, bunun qarşısını almaqda isə acizdir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol