Vaşinqton sammiti sülh prosesinə siyasi dəstək verdi.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngilan Konqres Mərkəzində diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.
Hikmət Hacıyev vurğulayıb ki, sammitin əsas məqsədi sülhü təmin etmək olub: “Məqsədimiz sülhü qazanmaq idi. Biz həmçinin ABŞ administrasiyasına, Prezident Trampa və onun bütün komandasına sülh prosesini irəlilətmək üçün siyasi dəstək verdiyinə görə minnətdarıq”.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan və Ermənistan sülhü müəyyənləşdirmək prosesindədir:
Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
“Hazırda Ermənistan və Azərbaycan sülh şəraitində yaşamağı öyrənir, çünki iki ölkə müstəqillik qazandıqdan sonra sülhün nə demək olduğunu bilmirdi. Buna baxmayaraq, sülhü müəyyənləşdirmək prosesindəyik. Müharibəni təyin etmək çox asandır, çünki söhbət qan, dağıntı və bütün bu dəhşətli şeylərdən gedir. Lakin bu vaxt ərzində sülhü təyin etmək və sülh şəraitində yaşamağa uyğunlaşmaq çox çətindir”.
Hacıyev bildirib ki, sülhdən sonra əsas məsələ Azərbaycan və Ermənistan arasında real əməkdaşlıq və qarşılıqlı əlaqələrin qurulmasıdır.
O vurğulayıb ki, Azərbaycanın niyyəti daha geniş bölgəyə sülhün iqtisadi faydalarını gətirməkdir.
“Biz Azərbaycanla Ermənistan arasında etimad quruculuğu üzrə səylərimizi də əsirgəmirik. Həmçinin erməni həmkarlarla birgə iki ölkənin əhalisini də buna hazırlayırıq. Bu, bizim gündəlikdə duran digər əsas məsələlərdən biridir”, - Hacıyev əlavə edib.
Hikmət Hacıyev brifinqdə sülh prosesinin dərinliklərini, regionda dayanıqlı sabitliyin təmin olunmasının vacibliyini və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın davam etdirilməsi zəruriliyini vurğulayıb.
- Nərgiz Məhəmmədinin həbs müddəti artırıldı
- Azərbaycanlılar milyonlarını harda xərcləyir?
- Son 47 ildə ilk: Xamenei görüşə getmədi
- Telefonunuzu dəyişməsəniz, məlumatlarınız oğurlana bilər
- Həmzəyevin AAYDA-da "ailə podratı"...
- Tıxaca səbəb olan yol təmiri nə zaman bitəcək?
- Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
- Epşteyn adasındakı sirr DEŞİFRƏ OLDU: Dəhşətli qətl yazışmaları