Dünən DTX tərəfindən saxlanılan Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayevin Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə qonşu olduğu üzə çıxıb.
BUTA.TV Metbuat.az-a istinadən xəbər verir ki, İslam Rzayev Göyçay rayonunun Hüngütlü kəndində özünə dəbdəbəli ev tikdirib. Həmin kənddə Ramiz Mehdiyevin də əzəmətli villası var.
Qeyd edək ki, Ramiz Mehdiyevin Göyçayda villa sahibi olduğu barədə məlumatlar bir neçə il əvvəl yayılıb. KİV-in iddiasına görə, villa 4 hektar ərazini əhatə edir və hər tərəfdən 6 metr hündürlükdə hasarla əhatə olunub. Villanın ərazisində helikopterin enməsi üçün xüsusi meydança var.
Xatırladaq ki, bu gün həbs edilən İslam Rzayev də əslən Göyçay rayonundandır. O, Hüngütlü kəndindəki villa ilə yanaşı, 50 hektar nar bağına da sahibdir.
- Baş Prokurorluqdan əməliyyat: Daha bir vəzifəli saxlanıldı
- İsrail səfiri Qarabağdan yazdı: İnanılmazdır...
- Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq
- Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Ağır ittihamlar
- Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşdı
- Rusiyadan imtina edib Azərbaycandan alacağıq - Matevosyan
- Düşmən Ordumuzu dayandırmaq üçün, görün, nə edib - Video
- Putin İradə Zeynalovaya rütbə verdi