Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır. Hesab edirəm ki, yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək.
BUTA.TV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı söyləyib.
Dövlət başçısı vurğulayıb ki, geoloji kəşfiyyat işləri xüsusilə Qarabağda və Şərqi Zəngəzurda çox böyük əhəmiyyət kəsb edir.
"Çünki bu ərazi sovet vaxtında lazımınca tədqiq edilməmişdir və tədqiq edilsə idi belə, yenə də ovaxtkı texnologiyalarla onları tam öyrənmək mümkün deyildi. Yəni, bu gün müasir texnologiyalarla peykdən tədqiqat, zondlama aparılır. Təbii resurslar, o cümlədən qeyri-ənənəvi neft yataqlarının aşkarlanması bir çox hallarda fiziki, yəni, əraziyə girmədən müəyyən edilir. Ona görə mənim göstərişimlə artıq bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır. Azərbaycan alimlərini bu işlərə dəvət edirəm, dövlət strukturlarına da göstəriş verirəm. Hesab edirəm ki, yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək. Bizim çox zəngin təbii resurslarımız var - qızıl, gümüş, mis yataqları, polimetal yataqlar. Onların aşkarlanması, kəşfiyyatı, işlənməsi bizə böyük xeyir gətirəcək, Qarabağ və Şərqi Zəngəzur regionlarımızda iş yerlərinin böyük sayda yaradılmasına gətirib çıxaracaqdır".
Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
- Nərgiz Məhəmmədinin həbs müddəti artırıldı
- Azərbaycanlılar milyonlarını harda xərcləyir?
- Son 47 ildə ilk: Xamenei görüşə getmədi
- Telefonunuzu dəyişməsəniz, məlumatlarınız oğurlana bilər
- Həmzəyevin AAYDA-da "ailə podratı"...
- Tıxaca səbəb olan yol təmiri nə zaman bitəcək?
- Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
- Epşteyn adasındakı sirr DEŞİFRƏ OLDU: Dəhşətli qətl yazışmaları