Azərbaycan, Türkiyə və Gürcüstan araşdırma qrupu yaratdı

15:30 - 12 Noyabr 2025 - GÜNDƏM

 Azərbaycan, Türkiyə və Gürcüstan araşdırma qrupu yaratdı

Azərbaycan, Türkiyə və Gürcüstan, Türkiyəyə məxsus C-130 tipli hərbi təyyarənin Gürcüstanda qəzaya uğraması ilə bağlı birgə beynəlxalq araşdırma qrupu yaradıb.

BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Gela Geladze məlumat verib.

Onun sözlərinə görə, türk mütəxəssislər hadisə yerində bütün gecə işləyib və istintaq hərəkətlərində iştirak edirlər.

Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü bəndi - “Hava nəqliyyatının təhlükəsizlik və ya istismar qaydalarının pozulması, insan tələfatına səbəb olduqda” maddəsi ilə cinayət işi açıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol