Xəbər verdiyimiz kimi, bu il dövlət büdcəsindən Mədəniyyət Nazirliyi yanında Kino Agentliyinə ayrılmış vəsaitin 59%-i istifadə edilməyib. Büdcədən ayrılmış 8,5 milyon manatdan 5 milyon manatın qalıq qalması bəzi sualların yaranmasına səbəb olub. Bəzi sənət adamları isə əsas problemin ssenarinin zəifliyindən irəli gəldiyini bildirib.
Məsələ ilə bağlı BUTA.TV-a danışan kinoşünas Aydın Kazımzadə qeyd edib ki, Azərbaycan kinosu yaranan gündən ssenari cəhətdən axsayır.
“Hər ssenarini çəkmək olmaz. Ssenari görülən işin yarısı deməkdir. Əvvəllər bir ssenarinin qəbul olunması üçün azı üç dəfə üzərində düzəlişlər aparılırdı. Artıq elə deyil. Hazırda cürbəcür və lazımsız filmlər çəkilir. Pul var deyə gərəksiz yerə xərcləmək lazımdır? Bu pul dövlətin vəsaitidir”, - o bildirib.
A.Kazımzadə hazırda çəkilən bəzi film və serialları da tənqid edib:
Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
“Hazırda “Xəyanət” serialı var. Doğrudur, serialın əvvəli yaxşı başlamışdı. Ancaq belə davam etmədi. Daha sonra “Yad qohumlar” serialı yayımlanmağa başlayıb. Eynilə “Xəyanət” serialına bənzəyir. Təəssüf ki, seriallarımızda təkrarçılıq çoxdur.
Onu da deyim ki, “Ayıq sürücü” kimi milli dəyərlərimizə zidd olan serialları ümumiyyətlə qadağan etmək lazımdır. Nə qədər oğurluq, xəyanət, cinayət, yalançı sevgi olar? Nəyə lazımdır bunlar?
Təbii ki, yaxşı film və ya serial çəkən şəxslərimiz də var. Xatırlayırsınızsa, Laçında kinostudiya yaradıldı. Elə həmin kinostudiyada Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov haqqında film hazırlanıb. Filmin rejissoru və ssenari müəllifi Amil Məmibəylidir və mən tanımadığım halda onu təbrik etdim. Çünki uzun müddət idi film hazırlamırdı, amma hazırladığı da çox gözəl alındı”.
- Həmzəyevin AAYDA-da "ailə podratı"...
- Tıxaca səbəb olan yol təmiri nə zaman bitəcək?
- Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
- Epşteyn adasındakı sirr DEŞİFRƏ OLDU: Dəhşətli qətl yazışmaları
- Putindən ABŞ-a 12 trilyon dollarlıq gizli təklif - Heyrətamiz
- Sumqayıtda ağır qəza: yaralılar var...
- Bakının bu yollarında sıxlıq var - Siyahı
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video