İnsanlar müxalifətdən üz döndərirlər, çünki onları yorublar.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Milli Məclisdə çıxışı zamanı deyib.
“İnsanlar söyləyirlər ki, kim olur-olsun, yalnız onlar olmasın. Siz bunu başa düşürsünüzmü? (Azərbaycanla aparılan) Danışıqlardan bəhs edirsiniz. Bəs Robert Köçəryan, Serj Sərkisyan haradadır? Artıq onları açıq dabata çağırmışıq, gəlsinlər”, - spiker bildirib.
Alen Simonyan qeyd edib ki, Robert Köçəryan və Serj Sərkisyan ancaq özlərinə uyğun şəxslərə müsahibə verirlər:
“Robert Köçəryan gəlsin, seçilmiş şəxsin (Baş nazir Nikol Paşinyanın) qarşısında otursun və Ermənistan xalqına danışsın, desin: bilirsiniz, Qarabağ məsələsində vəziyyət belə olub. O qorxur. Mən iddia edirəm ki, o, çox qorxur”.
Spiker Ermənistan müxalifətinin gələn il keçiriləcək parlament seçkilərində heç bir şansının olmadığını vurğulayıb: “Qulaq asın, ümidlərinizi kəsin, seçkilərdə uduzacaqsınız”.
Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl Serj Sərkisyanın Qarabağla əlaqədar Azərbaycanla apardığı danışıqların sənədlərini ilin sonunadək dərc edəcəyini açıqlayıb. Baş nazir bunun dekabrda ATƏT-in Minsk qrupunun rəsmən ləğv edilməsindən sonra baş verəcəyini bəyan edib.
- Siqaret qaçaqmalçılığı: vəzifəli şəxslərin məhkəməsi başladı
- Bakının bu qəsəbəsində söküntü: Kompensasiyanın məbləği...
- Prezident fərman imzaladı
- Sabah 2 rayonda qaz olmayacaq
- İtkin düşən yeniyetmənin meyiti evlərinin arxasında tapıldı
- Bakının mərkəzində bu obyektlər sökülür - Foto
- Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi
- Xəbərdarlıq: Bakıya doğru gəlir – elə istilər olacaq ki...