Hərbi büdcənin artımı və ya silah tədarükündən danışan hakimiyyət rəqəmlərlə təqdim etmir ki, ordu 44 günlük müharibə və 2022-ci ildəki toqquşmalar zamanı neçə milyardlıq itkiyə məruz qalıb.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyan deyib.
“Məhv edilmiş, düşmənə (Azərbaycanı nəzərdə tutur – red.) təhvil verilmiş silah-sursat, hərbi texnika, sursat anbarları, hərbi obyektlər və sair.
Hələ noyabrın 10-da imzalanan üçtərəfli bəyanat nəticəsində Azərbaycana təhvil verilmiş rayonlar boyunca formalaşmış yeni cəbhə xətti, oradakı infrastruktur və hərbi hissələrin qaçılmaz xərclərindən danışmıram. Bu xərclər də müharibənin nəticəsi idi.
Hələ maddi zərərlərin tam siyahısından danışmıram, Silahlı Qüvvələr və iqtisadiyyata digər zərərli təsirlərə toxunmuram”, - o bildirib.
- Xəbərdarlıq: Bakıya doğru gəlir – elə istilər olacaq ki...
- Demokratiya TV-nin rəhbəri həbs edildi - Foto
- Maşının təkəri çıxıb arxadan gələn “Range Rover”ə çırpıldı - Video
- Dağıntılar altında 5-ci gün - Ana və 9 aylıq körpəsi xilas edildi - Video
- “Qarabağ” transfer bazarının ən fəalıdır - Komandaya yeni nəfəs gəlir...
- Naxçıvanda avtobuslar kart sisteminə keçir
- Pərviz Şahbazovun ailəsində ağır itki
- Bakıda qadın dənizdə batdı