Bu günə olan məlumata görə, Azərbaycan 2020-ci ildən bəri 240 000 hektardan çox çirklənmiş ərazini təmizləyib və 227 000-dən çox mina və partlamamış hərbi sursatı zərərsizləşdirib ki, bu da azad edilmiş ərazilərdə təhlükəsizliyin bərpa edilməsi və yenidənqurma işlərinin aparılması üçün mühüm addımdır.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov X hesabında yazıb.
O qeyd edib ki, minatəmizləmə Böyük Qayıdış, icmaların yenidən qurulması və mülki əhalinin müdafiəsi üçün vacib olaraq qalır:
"Müharibə bitəndən bəri Azərbaycanda minalardan 400-dən çox insan həlak olub və ya şikəst olub, 1990-cı illərdən indiyədək qurbanların ümumi sayı 3400-dən çox olub. Qadınlar və uşaqlar itkilərin əhəmiyyətli hissəsini təşkil edir”.
- Demokratiya TV-nin rəhbəri həbs edildi - Foto
- Maşının təkəri çıxıb arxadan gələn “Range Rover”ə çırpıldı - Video
- Dağıntılar altında 5-ci gün - Ana və 9 aylıq körpəsi xilas edildi - Video
- “Qarabağ” transfer bazarının ən fəalıdır - Komandaya yeni nəfəs gəlir...
- Naxçıvanda avtobuslar kart sisteminə keçir
- Pərviz Şahbazovun ailəsində ağır itki
- Bakıda qadın dənizdə batdı
- Sabah yağış yağacaq