Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır.
BUTA.TV xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciətində yer alıb.
Azərbaycan Prezidenti qeyd edib ki, beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir:
“İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır”.
- Naxçıvanda avtobuslar kart sisteminə keçir
- Pərviz Şahbazovun ailəsində ağır itki
- Bakıda qadın dənizdə batdı
- Sabah yağış yağacaq
- Azyaşlıya qarşı soyğunçuluq etdi, saxlanıldı
- Pərviz Şahbazova ağır itki
- Azərbaycanda 63 yaşlı qadın ana oldu - Video
- Şirəliyevin ailəsinə məxsus xəstəxananın baş həkimi dəyişdi - Foto