COP sədrləri "troyka"sı - Azərbaycan, Braziliya və Türkiyə - Braziliyanın Belem şəhərində keçirilən COP30 iqlim konfransının yekunlari üzrə qəbul edilmiş Qlobal İcranı Sürətləndirmə ("Global Implementation Accelerator" - GİA) təşəbbüsünə rəhbərlik edəcək.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə Brüsseldə Avropa Birliyinin (AB) rəsmi nümayəndəsi Anna-Kaysa İtkonen bəyan edib.
Onun sözlərinə görə, GIA COP30-dan sonrakı proseslərdən biridir:
"AB-nin 2050-ci ilə qədər iqlim neytrallığına doğru aydın yolu var. Buna görə də biz "troyka"nın GİA çərçivəsində işi necə irəli aparacağından asılı olaraq bu işə kömək etməyə hazırıq və istəkliyik".
A.İtkonen qeyd edib ki, COP30 başa çatıb və nümayəndə heyətləri artıq iqlim gündəliyi çərçivəsində növbəti addımlar üzərində işə başlayıblar:
"Nümayəndə heyətlərinin və danışıqçıların əksəriyyəti artıq hansı konkret addımlar təklif edəcəkləri barədə düşünməyə başlayıblar. Bu, Avropa Komissiyasına da aiddir".
Xatırladaq ki, "Global Implementation Accelerator" dünyanın müxtəlif bölgələrində iqlim dəyişikliyi ilə mübarizə üçün universal tədbirləri seçmək məqsədi daşıyır. Prioritetlər – metan emissiyalarının azaldılması, bərpa olunan enerji mənbələri və təmiz texnologiyalardır.
- Demokratiya TV-nin rəhbəri həbs edildi - Foto
- Maşının təkəri çıxıb arxadan gələn “Range Rover”ə çırpıldı - Video
- Dağıntılar altında 5-ci gün - Ana və 9 aylıq körpəsi xilas edildi - Video
- “Qarabağ” transfer bazarının ən fəalıdır - Komandaya yeni nəfəs gəlir...
- Naxçıvanda avtobuslar kart sisteminə keçir
- Pərviz Şahbazovun ailəsində ağır itki
- Bakıda qadın dənizdə batdı
- Sabah yağış yağacaq