Qazaxıstan Aktau yaxınlığında baş verən AZAL təyyarə qəzası ilə bağlı istintaq barədə 2025-ci ilin sonuna qədər məlumat verəcək.
BUTA.TV xəbər verir ki, bunu Qazaxıstan nəqliyyat nazirinin müavini Maksat Kaliakparov deyib.
“İndi vaxtına zəmanət verə bilmərəm, amma ilin sonuna qədər təqdim edəcəyik. Bu araşdırma hazırda davam edir. Üç aydan sonra ilkin nəticələr tam şəkildə müvafiq komissiyaya təqdim edildi. Və indi daha dərindən araşdırma aparılır. Çox mürəkkəb ekspertiza, mürəkkəb iş var. Əvvəlki hesabatda olduğu kimi, hesabat tamamlandıqdan sonra mediaya tam şəkildə təqdim olunacaq. Hazırda müddət barədə heç nə deyə bilmərik”, - o bildirib.
- “Qarabağ” transfer bazarının ən fəalıdır - Komandaya yeni nəfəs gəlir...
- Naxçıvanda avtobuslar kart sisteminə keçir
- Pərviz Şahbazovun ailəsində ağır itki
- Bakıda qadın dənizdə batdı
- Sabah yağış yağacaq
- Azyaşlıya qarşı soyğunçuluq etdi, saxlanıldı
- Pərviz Şahbazova ağır itki
- Azərbaycanda 63 yaşlı qadın ana oldu - Video