İran hökumətinə müxalif olan 30-dan çox təşkilat, siyasi-mədəni qrup və vətəndaş cəmiyyəti birgə bəyanat imzalayaraq Tehranın Evin həbsxanasında saxlanılan və aclıq aksiyası keçirən azərbaycanlı mədəni fəallara dəstək veriblər.
BUTA.TV xəbər verir ki, bu haqda bəyanatı imzalayan qurumların saytlarında məlumat yayılıb.
Bəyanatı imzalayanlar azərbaycanlı məhbuslara qarşı irəli sürülən ittihamların saxta olduğua diqqət çəkib, onların barəsində çıxarılan uzun illik həbs cəzalarını qınayıb və məhbusların işinə yenidən baxılmasını və onların sərbəst buraxlmalarını tələb ediblər.
Bununla yanaşı aclq aksiyası keçirən azərbaycanlı məhbus fəalların həyatlarına olan təhlükəyə görə İran hökumətinin məsuliyyət daşıdığını bildiriblər.
“Real danışsaq, Azərbaycan klubu Çempionlar Liqası kimi böyük turnirdə oynamamalıdır” - Qurban Qurbanov
Qeyd edək ki, ötən ilin fevral ayında bir neçə azərbaycanl fəal həbs edilərək uzun müddətli həbs cəzasına məhkum edilib və Tehranın Evin həbsxanasına köçürülüblər.
3 həftədən çoxdur ki, həmin məhbuslardan ikisi - Tahir Nəqəvi və Vədud Əsədi barələrində çıxarılan ədalətsiz hökmə və tibbi xidmətdən məhrum edilmələrinə etiraz olaraq aclıq aksiyası keçirirlər.
Azərbaycanlı fəallar "milli təhlükəsizliyə qarşı əlbir olmaq", "hökumətə qarşı təbliğat", "rəhbəri təhqir etmək" və "casusluq"da günahlandırılıblar.
- Vardanyanın məhkəməsi: onların ifadələri dinlənildi
- 30 təşkilat azərbaycanlı məhbuslara görə bəyanat yaydı
- Azərbaycan-Gürcüstan birgə şirkəti bu tenderdən kənarlaşdırıldı
- MM-də kritik sual: ABŞ Azərbaycan qazının satılmasının qarşısını alıb?
- Qazaxıstan AZAL təyyarəsi ilə bağlı daha bir açıqlama yaydı
- Hansı “yerli istehsal” üçün vergini artırırlar?
- Şok qərar: Bakıdakı maşın bazarı Ağdama köçürüləcək
- “Real danışsaq, Azərbaycan klubu Çempionlar Liqası kimi böyük turnirdə oynamamalıdır” - Qurban Qurbanov