Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (NRFTDA) səlahiyyətləri daxilində ölkədə nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
BUTA.TV xəbər verir ki, bu çərçivədə, Agentliyin bir qrup əməkdaşı Naxçıvan Muxtar Respublikasında yerləşən bir sıra dövlət və özəl müəssisələrin əməkdaşları üçün maarifləndirmə tədbirləri keçiriblər.
Belə ki, Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin inzibati binasında Muxtar Respublikanın dövlət və özəl tibb müəssisələrinin, Baş Gömrük İdarəsinin, habelə ərazidəki sənaye müəssisələrinin əməkdaşları üçün maarifləndirmə tədbirləri təşkil olunub. Tədbirlərdə radiasiya təhlükəsizliyinə dair müvafiq mövzuları əhatə edən təqdimatlar edilib, suallar cavablandırılıb.
Agentliyin mütəxəssisləri, həmçinin Naxçıvan Baş Gömrük İdarəsinin Hava limanı, Culfa, Sədərək və Şahtaxtı Gömrük postlarında, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tabeliyində olan “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” və Səhiyyə Nazirliyinin tabeliyindəki “Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” publik hüquqi şəxslərdə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzində maarifləndirci tədbirlər keçiriblər.
Tədbirlərdə Agentliyin fəaliyyət istiqamətlərindən, radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmənin əhəmiyyətindən danışılıb, həmçinin sahibsiz radioaktiv mənbələrlə davranış sahəsində mövcud vəziyyət barədə ətraflı məlumat verilib. Eyni zamanda, nüvə və radioloji fəaliyyətlər, nəzarət mexanizmləri, sahibsiz radioaktiv mənbələr və onların aşkar edilməsi, sözügedən mənbələrlə davranış zamanı qurumların fəaliyyətinin əlaqələndirilməsi, nüvə və radioloji qəza hallarında idarəetmə mexanizmi məsələləri müzakirə olunub. Qeyd olunan mövzularla bağlı Agentliyin əməkdaşları tərəfindən təqdimatlar edilib, videoçarxlar nümayiş olunub və suallar cavablandırılıb.
Qeyd edək ki, Muxtar Respublikada nüvə və radioloji fəaliyyətin təhlükəsiz təşkilinə töhfə verəcək belə tədbirlərin mütəmadi olaraq təşkil olunması nəzərdə tutulur.
- ABŞ bu qurumu ləğv edir - Türkiyə üçün təhlükə
- Bakıda SSRİ bayrağı qaldıranlar barədə qərar verildi
- Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü
- Ramiz Mehdiyev izi: SSRİ-ni təbliğ edən ideoloji hücrələr...
- "Alov Qüllələri"nin ətrafında tədqiqat aparılacaq
- Naxçıvanda maarifləndirmə tədbirləri keçirildi - Video
- Baş nazirdən mühüm qərar: Buna görə rüsum tutulacaq
- Pəncəli Teymurovun anası Prezidentə məktub göndərdi