Ermənistanın Azərbaycanla sərhəd rayonlarında açıq sahədə və meşə ərazilərində bir neçə gündür yanğınlar davam edir.
BUTA.TV xəbər verir ki, yanğının söndürülməsinə cəlb edilən yanğınsöndürmə maşınının aşması nəticəsində bu gün bir yanğınsöndürən ölüb, 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Ən son məlumatda bildirilir ki, Şirak rayonunda, Göyçənin Çəmbərək-Qoturbulaq avtomobil yolunda, Zəngəzurun Verin Hand qəsəbəsində, Tavuş rayonu, Dilican istiqamətində yanğınlar tam söndürülüb. Yanğın Tavuş rayonunun Navur icması ərazisində məhdudlaşdırılıb.
Dilican dolaylarında yanğınsöndürmə işləri davam edir. Əsasən ot və bitki örtüyü yanır, istidən ağaclar zədələnib.
- Naxçıvanda avtobuslar kart sisteminə keçir
- Pərviz Şahbazovun ailəsində ağır itki
- Bakıda qadın dənizdə batdı
- Sabah yağış yağacaq
- Azyaşlıya qarşı soyğunçuluq etdi, saxlanıldı
- Pərviz Şahbazova ağır itki
- Azərbaycanda 63 yaşlı qadın ana oldu - Video
- Şirəliyevin ailəsinə məxsus xəstəxananın baş həkimi dəyişdi - Foto