Fikrimcə, Baş nazir Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalanana qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməyəcək. Əks halda Kreml parlament seçkisi öncəsi Paşinyana və onun partiyasına əlavə problemlər yaradacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Paşinyan və onun komanda üzvləri bunu anladıqlarından əvvəlki illərdən fərqli olaraq KTMT ilə bağlı sərt açıqlamalar verməkdən çəkinirlər. Təsadüfi deyil ki, Ermənistan rəsmiləri KTMT-nin tədbirlərində iştirak etməsələr də, təşkilatın qərarlarının qəbuluna əngəl olmayacaqlarını bildiriblər”, - politoloq vurğulayıb.
Qeyd edək ki, noyabrın 27-də Bişkekdə keçirilən KTMT Kollektiv Təhlükəsizlik Şurasının sammitində Ermənistan iştirak etməyib.
Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
- Bakının bu yollarında sıxlıq var - Siyahı
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycan və bu ölkələr onları Türkiyəyə göndərdi
- Masallıda əməliyyat: Külli miqdarda narkotik ələ keçirildi
- Bakının bu istiqamətində yol bağlandı
- “PubG” Azərbaycanda qadağan edilə bilər
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...