Azərbaycan Ermənistanla münaqişənin başa çatmasından sonra iqtisadiyyatın və infrastrukturun inkişafına xüsusi diqqət yönəldib.
BUTA.TV xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Brussels Signal" nəşrinə açıqlamasında bildirib.
H.Hacıyev vurğulayıb ki, keçmiş ərazi mübahisələri artıq tarixdə qalıb və gündəlikdə olan əsas prioritet genişmiqyaslı layihələrdir:
"Bu layihələr arasında Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanı, Ermənistanı, İranı və Türkiyəni birləşdirəcək yol-dəmir yolu xətti Avropa ilə Asiya arasında mühüm nəqliyyat qovşağına çevrilə bilər".
Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi
Onun sözlərinə görə, Bakı həmçinin Avropa ilə enerji əməkdaşlığının genişləndirilməsini təklif edir. Qaz tədarükü, həmçinin bərpaolunan enerji sahəsində birgə layihələr gündəmdədir. Bundan əlavə, qızıl və nadir torpaq elementləri üzrə geoloji kəşfiyyat imkanları da nəzərdən keçirilir.
“Biz müharibəni qazandıq, indi gəlin sülhü də qazanaq”, - Hacıyev vurğulayıb.
O qeyd edib ki, Azərbaycanın əsas məqsədi regionda sabitlik, geniş inkişaf və ümumi rifahın təmin olunmasıdır.
- “Qafqazinfo”nun ad günüdür
- Dövlət Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi
- “28 May” NMM-də avtobusların dayanacaq yerləri dəyişdirildi
- XİN İndoneziyaya başsağlığı verdi
- Əncir dərmək istədi, ağacdan yıxılıb öldü
- “Deputat dedi ki, o işlərə baxan çox həyasızdır” - Video
- Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılıb ölkəsinə qaytarıldı
- Bakıda əməliyyat: saxlanılan var - Video