Milli Şuranın keçmiş sədri, rəhmətlik Rüstəm İbrahimbəyovla Moskvadakı ofisində görüşdüm. Ona suallarım var idi. Milli Şura Rusiya layihəsidirmi? Siz niyə namizəd ola bilmədiz? Sizin Əliyevlərə münasibətiniz necədir?
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, bunu AXCP sədrinin keçmiş müşaviri Sahib Kərimli bildirib.
"Kifayət qədər açıq danışdıq, sağlığında açıqlanmasını istəmədiyi detalları indi də yazmağım etik olmaz. Amma bəzi nüanslarla bağlı gizlilik istəyi yoxdur. Məsələn, Ramiz Mehdiyevin ona olan münasibətiylə bağlı dedi ki, Mehdiyev ondan xoşlanmır.
2013-cü ildə onun namizədliyinin qeydə alınmamasında, Rusiyanın Azərbaycana təsir mexanizmlərini sona qədər işə salmamasında və ən nəhayət, Rusiyanın İlham Əliyevlə anlaşmasında Mehdiyevin hesabatlarının ciddi rolu olub. Rüstəm müəllim iddia edirdi ki, dövləti də, ictimai-siyasi sektoru da əsasən Ramiz Mehdiyev idarə edir.
Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub
PA rəhbərinin Prezidentliyə gələcək üçün namizədləri var. O, istəmir ki, Prezident olacaq şəxsin Moskva elitasına birbaşa çıxışı olsun. İstəyir ki, hər şey onun üzərindən qurulsun. Bu elə adam olsun ki, onun Mehdiyevə uzun bir ömür sədaqəti olsun. Mehdiyev mənə güvənmir, çünki mənim sənətim Moskva elitasına birbaşa çıxışı çoxdan təmin edib.Bu görüşdən 3 ay sonra, 2016-cı ilin sentyabrında Milli Şuranın üzvlüyündən çıxarıldım. Qısacası, Ramiz Mehdiyev elə şərtlər yaradıb ki, ona keçmişdə sədaqəti, bundan sonra da xəyanəti olmayan heç kimin rahat yaşamaq şansı yoxdur", - deyə Sahib Kərimli Rüstəm İbrahimbəyovun fikirlərindən sitat gətirib.
Qeyd edək ki, Milli Şura yaradılanda Rüstəm İbrahimbəyovun sədrliyi gündəmdə olsa da, 2013-cü ilin dekabrında bu vəzifəyə Cəmil Həsənli seçilib.
- Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yayımladı
- Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya
- Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?
- Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub
- Gürcüstan Azərbaycana problem yaradır - Saakaşvili
- Milli Şura ilə bağlı Qərbdə bu fikir var - Ekspertdən şok
- Mehdiyev oğlunu Patruşevlə tez-tez görüşdürürmüş - Şok foto
- Qaydalar təsdiqləndi: daha tez pensiya və yüksək məbləğ seçimi...