"Məhsəti" filminin festifala buraxılmaması məsələsinin mediada yer alan izahı düşünürəm ki, çox uğursuzdur. Məhz bu izaha görə həmin filmi Kann festivalında üstün nominasiyaya layiq görə bilərlər.
BUTA.TV xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa öz sosial media hesabında yazıb.
“Ümumiyyətlə, filmə ideoloji baxış ağırlıqlı olarsa, çağdaş film yaratmaq mümkün olmayacaqdır. Filmə baxmamışam, ancaq ittiham mətni olduqca zərərlidir. Deyilir ki: "Məhsətini əxlaqsız kimi göstərib!" Görünür bu izahı verənlərin Məhsətinin şeirləri ilə dərindən tanışlığı yoxdur, bəzi rübailəri 18+ məhdudiyyətinə uyğun gəlirsə, o halda onun obrazını komsomol propaqandaçısı kimi təqdim etmək sənət baxımından nə dərəcədə estetik alınar?
Onun həyat ideallarının real təsviri min il öncə yaşamış bir xanımın nüfuzuna xələl gətirməz, ancaq qadın azadlığı motivində çəkilən müasir filmə baxışımıza mübahisəli durum yarada bilər. Hər halda kino sənətinə töhfə vermək istəyən rejissorları, aktyorları bəri başdan bu cür ittihamlara məruz qoymaq onların qol-qanadını sındırmaq deməkdir. Həqiqətən ehtiyatlı olmalıyıq. Bu gün səviyyəli film çəkmək üçün böyük vəsaitə ehtiyac var, ayrı-ayrı mesenatları bu işə yönləndirmək üçün çərçivəni bu qədər məhdud götürməməliyik”, - o bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) nəzdindəki Bədii Şura “Məhsəti” qısametrajlı bədii filminin nümayişini məqsədəuyğun hesab etməyib. Qeyd edilib ki, rejissor və ssenari müəllifi Suad Qara tərəfindən hazırlanan filmdə ədəbiyyat irsimizə hörmətsizlik, Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilir, etik-normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir.
Suad Qara sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır.
- Türkiyənin müdafiə ixracatı 5 ildə bu cür artıb
- İlham Əliyev Tailand kralını təbrik etdi
- Güneydən 183 yazarın müraciəti: AYB iclas keçirəcək
- Fazil Mustafa Suada qahmar çıxdı - “Məhsəti” müzakirəsi
- Ermənilərin azərbaycanlılara qarşı cinayətləri...
- Maaşlar 9,5%artdı: Pensiyalar nə qədər artırılacaq?
- Bakıda Azərbaycan-Gürcüstan Media Forumu başladı
- Bakıda mühüm konfrans keçirilir