ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə

22:10 - 5 Dekabr 2025 - GÜNDƏM

 ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə

Ukrayna ətrafında danışıqların davam etdiyi vaxt ABŞ-ın qlobal prioriterlərini müəyyənləşdirən yeni Milli Təhlükəsizlik Strategiyasında Kiyev üçün mənfi persektivlər vəd edən məqamlar yer alır.

1. ABŞ “NATO-nun genişlənməsinin qarşısını almaq” fikrindədir;

Bu, Tramp Administrasiyasının dövründə Ukraynanın NATO-ya üzvlüyünün önündə daha bir əngələ çevrilə bilər. ABŞ və Rusiyanın hazırladığı 28 bəndlik “sülh planı”nda Kiyev üçün bu perspektivlər tam bağlansa da, Cenevrə danışıqlarında planda edilən korrrektlərdən sonra üfüqdə işıq görünürdü, xüsusilə Ukraynanın güclü suverenliyinin qorunması və NATO-ya üzvlük məsələsinin ittifaq ölkələrinin konsensusu əsasında ola biləcəyi qeydləri fonunda. Yeni MTS nəinki Ukraynanın alyansa üzv olmasını, ümumiyyətlə NATO-nun yaxın onilliklərdə genişlənməməsini ABŞ xarici siyasətinin doqmalarından birinə çevirir.

2. Moskvanın işğalçı müharibəsi “Rusiya-Ukrayna müharibəsi” yox, “Ukrayna müharibəsi” olaraq qeyd olunur.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Bu, Ukraynanın ABŞ üçün “problemli obyekt” statusunu formalaşdırmaq riskini yaradır və “Ukrayna müharibəsi”ni dayandırmaq məqsədilə Vaşinqton-Moskva xəttində Kiyevsiz danışıqların yolunu açır.

Sənəddə “Ukraynada hərbi əməliyyatların sürətlə dayandırılması üçün danışıqların aparılması və Rusiya ilə Avropa ölkələri arasında qarşıdurma riskinin azaldılması” qeyd olunur.

- ABŞ Ukraynanın Rusiyaya qarşı müqavimətini davam etdirməsi üçün silah yardımının edilməsi perspektivlərindən imtina edə və Avropanın eyni məqsədli addımlarına qarşı çıxa bilər;

- “Müharibəyə sürətlə son qoymaq” məqsədilə Rusiyanın mövqeyinin nəzərə alındığı proqramını davam etdirə bilər.

3. Sənəddə qeyd olunur: “ABŞ Rusiya ilə münasibətlərdə “strateji sabitliyi” bərpa etməyə çalışır”; “Avropa və Rusiya arasında münasibətlərin tənzimlənməsi üçün ABŞ-ın diplomatik iştirakı vacibdir”;

Bu iki qeyd ABŞ-ın Rusiya ilə dialoq xəttini əsas götürməsi və Avropanın qarşıdurma siyasətini dəstəkləmədiyi deməkdir.

Yeni MTS-nin qəbul edilməsi Tramp Adminustrasiyasının sənədə tamamilə əməl etməsi demək olmasa da, ABŞ-ın ana prioritetləri Ukraynaya müsbət perspektivlər vəd etmir. Avropanın önünün alınması hədəfləri isə Kiyevin alternativ imkanlarını da məhdudlaşdıra bilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol