Azərbaycan hərbçilərinin Qəzzada iştirakı ilə bağlı yekun qərar yoxdur.
BUTA.TV xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Arakçı ilə birgə mətbuat konfransında deyib.
O bəyan edib ki, Qəzzada baş verən proseslər ciddi narahatlıq doğurur:
"Bu müstəvidə ABŞ tərəfindən elan edilən Sülh planını müsbət qarşıladıq. Daha sonra BMT-nin TŞ qətnamələri oldu və biz dəstəyimizi verdik. Azərbaycan nadir ölkələrdəndir ki, bütün ölkələrlə müsbət əlaqələri var və bizə inam var. Azərbaycan üçün bu məsələdə sual doğuran məsələlər var. Öz sorğularımızı müvaqif yerlərə ünvanladıq. Burada müxtəlif aspektlər var, mandat, başqa dövlətlər, ş və s. Tərəfimizdən qaldırılan suallara tam cavab yoxdur. Ona görə də Azərbaycan hərbçilərinin orada iştirakı ilə bağlı yekun qərar mövcud deyil".
- 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu
- Prezident konfrans iştirakçılarına müraciət ünvanladı
- Leyla və Alena Əliyevalar festivalda - Fotolar
- Buğdanın tədarük qiyməti ilə bağlı - Sərəncam
- Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
- Tətilə gedə bilməyənlər bu yazını oxusun…
- Bakının bu rayonunda 3 saat işıq olmayacaq
- Evdən qadın meyiti tapıldı