Qarabağ ermənilərinə söyləmişəm ki, onların qayıdışı qeyri-realdır.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Əgər biz qayıdış gündəmini davam etdirsək, bu, (separatçı) “Qarabağ hərəkatı”nı yenidən başlayacağımız anlamına gələcək. Mən artıq bəyan etmişəm ki, biz “Qarabağ hərəkatı”nı davam etdirməməliyik, bu bitib, onu dirçəltmək cəhdləri əbəs olacaq”, - o bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan Qarabağ məsələsinin həll olunmadığını bəyan edərsə, bu, yeni müharibə demək olacaq:
“Qarabağ məsələsinin davam etməsi yeni müharibə, yeni qurbanlar, yeni çətinliklər, gözlənilməz nəticələrlə yeni blokada deməkdir. Qarabağ məsələsinin həll olunmadığını deyənlər, mahiyyət etibarilə Ermənistanın yeni müharibəyə başlamalı olduğunu deyirlər”.
Baş nazir Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdığını qeyd edib.
- Bakının bu rayonunda 3 saat işıq olmayacaq
- Evdən qadın meyiti tapıldı
- Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
- Kanada tarix yazaraq 1/8 finala çıxdı - Yenilənib
- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi