2026-cı ildən etibarən xarici vətəndaşlar və qurumlar Səudiyyə Ərəbistanında daşınmaz əmlak sahibi ola biləcəklər. Ölkə rəhbərliyi bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər etməyə hazırlaşır.
BUTA.TV xəbər verir ki, bunu ölkənin bələdiyyələr və tikinti naziri Məcid əl-Həqil deyib.
Nazir qeyd edib ki, əcnəbilər Məkkə, Mədinə, Ciddə və ər-Riyad şəhərləri istisna olmaqla, istənilən yerdə daşınmaz əmlak sahibi ola biləcəklər. Əlavə edib ki, adıçəkilən dörd şəhərdə müəyyən bölgələrdə xarici vətəndaşlara daşınmaz əmlak sahibi olmaq icazəsi veriləcək. Ümumiyyətlə, ölkədə yaşayan əcnəbilər yalnız bir daşınmaz əmlak ala bilərlər.
Bununla yanaşı, Səudiyyə Ərəbistanının Daşınmaz Əmlak İdarəsinin xarici mülkiyyət məsələləri üzrə icraçı direktoru Fəhəd bin Süleyman adıçəkilən şəhərlərdə xaricilərin mülkiyyət sahibi ola biləcəkləri ərazilərin qiymətləndiriləcəyini və bu barədə yeni qaydalarla birlikdə yaxın zamanda açıqlama veriləcəyini vurğulayıb.
Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi
Qeyd olunur ki, xarici vətəndaşlar tərəfindən daşınmaz əmlak alışına 5%-dən çox olmayan vergi tətbiq olunacaq. Yeni sistemin əsas məqsədi daşınmaz əmlak sektorunun Ümumi Daxili Məhsulda (ÜDM) payını artırmaq və ölkə iqtisadiyyatında neftdən asılı olmayan müxtəlif gəlir mənbələri yaratmaqdır.
- “Qafqazinfo”nun ad günüdür
- Dövlət Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi
- “28 May” NMM-də avtobusların dayanacaq yerləri dəyişdirildi
- XİN İndoneziyaya başsağlığı verdi
- Əncir dərmək istədi, ağacdan yıxılıb öldü
- “Deputat dedi ki, o işlərə baxan çox həyasızdır” - Video
- Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılıb ölkəsinə qaytarıldı
- Bakıda əməliyyat: saxlanılan var - Video