Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olan heyət üzvlərinin yaxınları Aktau şəhərinə gedib.
BUTA.TV xəbər verir ki, bu barədə Teleqraf-a Milli Qəhraman Hökumə Əliyevanın qardaşı Coşqun Nəsibli bildirib.
Dəhşətli qəzanın ildönümü ərəfəsində Aktauda qəza yerini ziyarət edənlər arasında milli qəhramanlar İqor Kşnyakin və Aleksandr Kalyaninovun yaxınları, o cümlədən hadisədə həlak olan bir neçə sərnişinin ailə üzvləri də olub.
"Ziyarətin təşkili üçün ölkəmizin Qazaxıstandakı konsulluğuna, AZAL-ın heyətinə təşəkkür edirik. İnşallah cənab prezidentin qətiyyəti sayəsində bu cinayətdə əli olanlar cəzalandırılacaq, ədalət bərqarar olacaq. Bizim yaramıza cinayətkar öz cəzasını tapanda su səpiləcək. Qazaxıstanda yaşayan soydaşlarımıza da dəstək üçün təşəkkür edirəm", - deyə C.Nəsibli bildirib.
Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökümə Cəlil qızı Əliyevaya ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
- “Qafqazinfo”nun ad günüdür
- Dövlət Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi
- “28 May” NMM-də avtobusların dayanacaq yerləri dəyişdirildi
- XİN İndoneziyaya başsağlığı verdi
- Əncir dərmək istədi, ağacdan yıxılıb öldü
- “Deputat dedi ki, o işlərə baxan çox həyasızdır” - Video
- Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılıb ölkəsinə qaytarıldı
- Bakıda əməliyyat: saxlanılan var - Video