Rusiya genetikləri əvvəllər məlum olmayan DNT dəyişikliklərini aşkar edib. Bu dəyişikliklər Qafqaz, o cümlədən Azərbaycan sakinlərinə yüksək hündürlükdə, oksigen çatışmazlığı olan şəraitdə rahat yaşamağa imkan verir.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
“Tədqiqat zamanı hipoksiyaya uyğunlaşma və genom qorunmasından məsul olan EGLN1 və SPRTN genlərinin unikal variantları aşkar edilib. Bu cür mutasiyalara dünyanın digər dağlıq bölgələrində rast gəlinmir”, - məlumatda deyilib.
Alimlər Qafqazı təkamül laboratoriyası adlandırıb və qeyd ediblər ki, bu kəşf ürək və ağciyər xəstəliklərinin müalicəsi də daxil olmaqla tibb üçün faydalı ola bilər.
- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
- Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - Foto
- Zelenski Hikmət Cavadı təltif etdi
- Onu sonuncu səfərində tək buraxmadı - Video
- 105 ildir belə isti görmürdülər...