Hazırkı mərhələdə Azərbaycanın Qəzzada beynəlxalq sabitləşdirmə missiyasında iştirakından danışmaq tezdir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Nikkei" nəşrinə bildirib.
O qeyd edib ki, ABŞ Azərbaycana missiyaya qoşulmağı təklif edib, lakin hələ yekun qərar qəbul olunmayıb.
H.Hacıyev vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi Qəzzadakı missiyanın döyüş əməliyyatlarının aparılması qaydaları, fəaliyyət proseduru və səlahiyyətləri barədə aydın məlumat vermir.
- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
- Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - Foto
- Zelenski Hikmət Cavadı təltif etdi
- Onu sonuncu səfərində tək buraxmadı - Video
- 105 ildir belə isti görmürdülər...