Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərində iştirak etmiş vəzifəli şəxslər, hərbi qulluqçular və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsində başlanmış cinayət işləri üzrə ibtidai istintaq davam etdirilir.
Son həbslər ölkədə formalaşmış “paralel iqtisadiyyat”ın sarsıdılması istiqamətində mühüm addım kimi qiymətləndirilir. Bu prosesin iqtisadiyyatı bürüyən monopoliyaların və qara dövriyyənin azalmasına, eyni zamanda korrupsiya, qaçaqmalçılıq və rüşvət zəncirinin əsas halqalarının zəifləməsinə təsir göstərəcəyi gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan iqtisadçı iqtisadçı ekspert Turab Rzayev məsələyə belə münasibət bildirib:
“Hazırda aparılan anti-korrupsiya tədbirlərinin miqyası kifayət qədər genişdir. Bu proses müəyyən mənada Türkiyədə baş vermiş “Susurluq qalmaqalı”nı xatırladır. Söhbət yüksək vəzifəli şəxslərdən gedir. Görünən odur ki, bir neçə iri qurumu əhatə edən şəbəkə ifşa olunub. Saxlanılan və həbs edilən şəxslər yüksək rütbəli məmurların, nüfuzlu ailələrin övladları, qohumlarıdır. Bu da onu göstərir ki, prokurorluq orqanlarının əlində kifayət qədər geniş məlumat bazası mövcuddur. Əks halda, bu qədər böyük və rezonans doğuran həbs dalğası baş verə bilməzdi.
Bundan əvvəl də oxşar hallar yaşanmışdı. Təhlükəsizlik orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində ciddi fiqurların həbs edildiyinin şahidi olmuşduq.
Bu cür hallar təkcə ölkə iqtisadiyyatına deyil, eyni zamanda Azərbaycanın beynəlxalq imicinə də ciddi zərbə vurur. Uzun müddətdir qaçaqmalçılıq yolu ilə ölkəyə daxil olan malların müxtəlif istiqamətlərdə dövriyyəyə buraxıldığı müşahidə edilirdi. Milyardlarla manatlıq məhsul gömrük nəzarətindən və rəsmiləşdirmədən kənar şəkildə ölkəyə gətirilərək daxili bazarda satılırdı. Bu isə vergi və gömrük rüsumlarından yayınma, nəticə etibarilə isə qeyri-sağlam rəqabət demək idi. Qanuni idxal və ixracla məşğul olan sahibkarların fəaliyyəti bu yolla ciddi şəkildə zərər görürdü.
Hətta böyük ticarət şəbəkələrinin bu cür qeyri-qanuni idxaldan istifadə edərək bazarda kiçik və orta biznesi sıxışdırdığı hallarına da rast gəlinib. Bundan başqa, dövlətin təhlükəsizliyinə və nüfuzuna xələl gətirə biləcək yüklərin daşınması ilə bağlı ehtimallar var. Bu məsələlər araşdırma prosesində üzə çıxacaq. Türkiyə və Gürcüstan mediasında yayılan məlumatlardan da görünür ki, dəniz sərhədləri vasitəsilə Azərbaycan dövlətinin maraqlarına zidd yüklərin daşınması ilə bağlı ciddi iddialar mövcuddur.
Azərbaycanda genişmiqyaslı anti-korrupsiya əməliyyatı aparılmalı, iri korrupsioner məmurlar və şəbəkələr tam şəkildə ifşa edilməlidir. Yalnız bundan sonra ölkədə azad rəqabət mühiti və sağlam iqtisadi sistem formalaşa bilər. Bu halda iqtisadiyyatda real və müsbət dəyişikliklər özünü göstərəcək”.
- Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...
- Prezidentin ad günündən ailə - Fotosu
- Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video
- İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...
- AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə ucaldıldı
- Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video
- ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev
- Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!