Aleksandr çox dürüst və sadiq insan idi. O, dediyi hər bir sözünün üstündə dururdu. Sözün əsl mənasında kişi idi. Atası da belə idi. Atası ona nümunə idi. O, Birinci Qarabağ müharibəsi başlayanda mülki aviasiyadan hərbi aviasiyaya keçdi. Elə hamin vaxtlarda Saşa dünyaya gəlmişdi. O, 3 il müharibədə vuruşdu. Sonra isə yenidən qayıtdı mülki aviasiyaya.
Bunu Axar TV-yə geniş müsahibəsində Azərbaycanın Milli Qəhrəmanı, AZAL-ın qəzaya uğrayan təyyarəsinin köməkçi pilotu Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova deyib.
O bildirib ki, qəhrəman pilotun atası Georgi Kalyaninov Qarabağ müharibəsinin veteranı olub:
“Veteran kitabçası hələ də durur. O, infarktdan dünyasını dəyişdi. İşinin peşakarı idi. Yeganə helikopter pilotu idi ki, hər bir uçuşa icazəsi var idi. Məsələn, dağ ərazisinə uçub, 2 min metrlik hündürlüyə enmək üçün xüsusi icazə lazımdır. O, respublikada yeganə pilot idi ki, bütün icazələr verilirdi. Buna görə də Saşa üçün atası nümunə idi. Aviasiyaya gedib-getməmək sualı onun qarşısında heç yaranmırdı. Saşanın atası Cahangir Cəlal oğlunun şef pilotu idi. Çox peşəkar idi və təbii ki, Saşanın gözündə əsl professional obrazı yaradırdı.
Emin Hüseynovdan sensasion açıqlama: “Səfirlikdən çıxışımda Rasim Əliyev dəstək olmuşdu”
Mən Saşaya hər zaman deyirdim ki, sənin çiyinlərinin arxasında insanlar əyləşib, sən bunu dərk etməlisən. Sən onların canlarına cavabdehsən. Nədənsə fikirləşirdim ki, onu hər zaman qoruya biləcəm - hər bir vəziyyətdə, hər bir ana kimi... Amma belə alındı”, - o bildirib.
- Teleqram kanalları kütləvi şəkildə bloklanır
- Leyla Əliyeva Albaniyada Edi Rama ilə görüşdü
- Əli Əhmədovun baş həkim təyin olunan oğlunun özəl klinikası da var - 700 min manat...
- Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək
- İtkin şəhidimizin 34 il sonra nəşi tapıldı
- Bəzi şəxslərə pulsuz mənzil veriləcək
- Ağdam minalardan belə təmizlənir - Foto
- Abşeron dairəvi marşrutu üçün başqasına bilet almaq mümkündür?