Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra məhkəmələrə hakim təyin edilib.
BUTA.TV Oxu24.az-a istinadən xəbər verir ki, onlardan biri Orxan Əlizadədir. Sərəncama əsasən, o, Xətai Rayon Məhkəməsinin hakimi təyin olunub.
Orxan Əlizadə Milli Məclisin deputatı Arzuxan Əlizadənin oğludur.
O, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində katib işləyib.
Qeyd edək ki, Arzuxan Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının sədridir. O, ötən il parlamentin deputatı seçilib və hazırda Milli Məclisin hüquqları komitəsinin sədr müavinidir.
Deputatın 3 övladı var.
- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
- Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - Foto
- Zelenski Hikmət Cavadı təltif etdi
- Onu sonuncu səfərində tək buraxmadı - Video
- 105 ildir belə isti görmürdülər...