Dünya Bankı 2026-cı ildə qlobal iqtisadiyyatın orta hesabla 2,7% artacağını proqnozlaşdırır.
BUTA.TV xəbər verir ki, bunu sabiq maliyyə naziri Fikrət Yusifov Globalinfo.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu göstərici ölkələr üzrə fərqli olacaq:
“Bankın proqnozlarına görə gələn il ABŞ-da iqtisadiyyat 1,6 – 2,6%, Çində 4,4 – 4,8% aralığında, Avropada isə 1,0 – 1,5% civarında arta bilər. Lakin biz dəfələrlə bu proqnozların özünü doğrultmadığının şahidi olmuşuq. Növbəti il üçün verilən proqnozların bundan daha artıq olması gözlənilən deyil. 2026-cı ildə bəşəriyyətin üzləşəcəyi ən böyük problem ərzaq təminatı ilə bağlı olacaq. Verilən proqnozlar göstərir ki, gələn il dünya müasir tarixin ən ciddi qlobal ərzaq təhlükəsizliyi böhranlarından biri ilə üzləşəcək və yüz milyonlarla insan kifayət qədər ciddi ərzaq qıtlığı keçirəcək”.
Emin Hüseynovdan sensasion açıqlama: “Səfirlikdən çıxışımda Rasim Əliyev dəstək olmuşdu”
100 milyonlarla insan üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
Sabiq nazir qeyd edib ki, BMT-nin 2026-cı il üçün proqnozuna görə, gələn il dünyada 318 milyon insan aclıq vəziyyətində və ya bundan daha pis bir durumda olacaq:
“Bu da aclığın 2019-cu illə müqayisədə iki dəfədən çox insanı əhatə edəcəyi anlamına gəlir. Nə qədər acınacaqlı olsa da, deməliyik ki, bu gün müasir dünyada aclığın qlobal humanitar maliyyələşdirilməsi sahəsində ciddi problemlər yaşanır. Qlobal humanitar maliyyələşmənin kəskin azaldılması səbəbindən növbəti ildə BMT-nin Ərzaq Proqramı çərçivəsində aclıqdan əziyyət çəkən insanların yalnız az bir qisminə yardım göstərmək mümkün olacaq.
BMT 2026-cı ildə Ümumdünya Ərzaq Proqramı çərçivəsində aclıqdan əziyyət çəkən 318 milyon insanın ən həssas təbəqəsi hesab edilən 110 milyon insana yardım etməyi planlaşdırsa da, bunu etmək mümkün olmayacaq. Bu qədər insanı aclıqdan xilas etmək üçün təqribən 13 milyard ABŞ dolları məbləğində vəsait tələb olunur. Lakin mövcud proqnozlar onu göstərir ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı çərçivəsində növbəti ildə ən yaxşı halda bu məbləğin təxminən yarısını əldə etmək mümkündür”.
Fikrət Yusifovun fikrincə, dünyada aclığın yaranmasının başlıca səbəblərindən biri münaqişələr və müharibələrdir:
“Bu gün Sudan, Yəmən, Haiti, Fələstin, Əfqanıstan, Konqo Demokratik Respublikası kimi ölkələrdə milyonlarla insan aclıq həddindədir. Qəzza zolağında 1,6 milyondan çox insan kəskin qida çatışmazlığı ilə üzləşir. Əgər bölgədə döyüşlər yenidən başlayarsa, aclıq riski də böyüyəcək. Ərzaq təminatı sahəsində Azərbaycan hökumətinin qarşısında ciddi vəzifələr durur. Biz aqrar-sənaye ölkəsi olsaq da, bu gün ölkə əhalisinin təlabatı üçün zəruri olan ərzağın 3/4 hissəsindən çoxunu xaricdən idxal edirik. Ərzaq təminatı sahəsində xaricdən bu qədər asılılıq hökumətimizi ciddi düşündürməlidir. Bu problemin tezliklə həll olunması yolunda kordinal addımlar atmasaq, ölkənin ərzaq təhlükəsizliyi məsələsi dünya bazarlarında baş verən proseslərdən asılı vəziyyətdə qalacaq”.
- Teleqram kanalları kütləvi şəkildə bloklanır
- Leyla Əliyeva Albaniyada Edi Rama ilə görüşdü
- Əli Əhmədovun baş həkim təyin olunan oğlunun özəl klinikası da var - 700 min manat...
- Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək
- İtkin şəhidimizin 34 il sonra nəşi tapıldı
- Bəzi şəxslərə pulsuz mənzil veriləcək
- Ağdam minalardan belə təmizlənir - Foto
- Abşeron dairəvi marşrutu üçün başqasına bilet almaq mümkündür?