“Qurdlar Vadisi” serialında Venesuela detalı - Video

14:02 - 4 Yanvar 2026 - GÜNDƏM

 “Qurdlar Vadisi” serialında Venesuela detalı - Video

2005-ci ildə yayımlanan məşhur “Qurdlar Vadisi” serialında Venesuela detalı gündəmə gəlib.

BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, sözügedən kadrlar sosial şəbəkədə yenidən paylaşılıb.

Görüntülərdə əks olunan dialoqda Venesuela ilə ABŞ arasındakı münasibətlərdən bəhs edilib:

“ABŞ Milli Demokratiya Fonduna (NED) pərdə arxasında dəstək verir. Bu qurumun rəhbərliyində təmsil olunan şəxslərin böyük əksəriyyəti keçmiş CIA – Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarıdır. ABŞ-da fond, institut və ya mərkəz adı altında fəaliyyət göstərən, hüquqi statusa malik bir çox qurum əslində CIA-nın maraqları naminə çalışır”.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda bu siqaretlər bahalaşdı - Siyahı

Serialda bildirilir ki, NED dünən Nikaraquada və Kolumbiyada, bu gün isə Venesuelada müxtəlif əməliyyatlar həyata keçirir:

“Müasir dövrdə “demokratiya”, “azadlıq” və “insan haqları” anlayışları bir növ sehrli sözlərə çevrilib və bu anlayışların arxasında istənilən addımı atmaq mümkün olur. Ən təsirli təbliğat üsulu isə ümumiyyətlə təbliğat aparılmırmış kimi görünməkdir”.

Qeyd edək ki, yanvarın 3-də ABŞ Prezidenti Donald Tramp Amerikanın Venesuelaya qarşı “genişmiqyaslı hücum” həyata keçirdiyini və nəticədə ölkə lideri Prezident Nikolas Maduro ilə həyat yoldaşının “saxlanıldığını” açıqlayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol