İranda keçirilən etiraz aksiyaları zamanı son iki gün ərzində bəzi şəhərlərdə hökumət qüvvələrinin etirazçılara qarşı təmkinli davrandığı barədə görüntülər yayılıb. Bu qəbildən olan hadisələrdən biri də ötən gün İlam əyalətinin Abdanan şəhərində baş verib.
Polis qüvvələri “Diktatora ölüm”, “Xameneiyə ölüm” şüarları səsləndirərək, mərkəzi küçələrə axışan etirazçılara qarşı zorakılıq göstərməyib.
Şəhər mərkəzində yerləşən 11-ci polis bölməsinin əməkdaşları polis idarəsi binasının damına çıxaraq etirazçılara əl sallayıb, onları salamlayıblar.
Bəzi xarici media orqanlarında bu, “etirazçıların şəhəri ələ keçirməsi” kimi qələmə verilsə də, məsələnin kökündə ABŞ Prezidenti Donald Trampın bəyanatı dayanır. Tramp bir həftə ərzində iki dəfə bəyanat yayaraq, İran hökumətinə etirazçıları öldürəcəyi təqdirdə ABŞ-ın sərt reaksiya verəcəyi barədə xəbərdarlıq edib. Xüsusən Məlikşahi və Abdanan şəhərlərində etirazçılara qarşı qəddar davranan, bir neçə nəfəri öldürən hökumət məmurları Trampın ikinci xəbərdarlığından sonra daha təmkinli hərəkət etməyə başlayıblar. Bəzi qeyri-rəsmi məlumatlarda bunun Məsud Pezeşkianın tələbi ilə edildiyi, aksiyaların genişlənməməsi, etirazçıları qəzəbləndirməmək üçün prezidentin xüsusi göstəriş verdiyi iddia olunur.
Nəsimi rayonunun başına keçən Gülarənin utandırıcı videosu yayıldı – VİDEO
Bu ehtimal məntiqli görünür, ona görə ki, etirazçılara qarşı münasibətdə Məsud Pezeşkianla Əli Xameneinin başçılıq etdiyi sərt xətt tərəfdarları, o cümlədən məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejei və parlament sədri Məhəmməd Bagir Qalibafın mövqeləri arasında kəskin fərq var.
Prezident etirazçılara qarşı güc tətbiq etməməyi, onlarla danışıq aparmağı təklif etsə də, ikinci tərəf narazıları iğtişaşçı adlandırır, onların düşmən dövlətlərin təhriki ilə aksiya keçirdiklərini iddia edir və barələrində sərt cəza tədbirlərinin görülməsini tələb edir.
Görünür əvvəldən də Qərb, xüsusən Amerika ilə birbaşa danışıqların tərəfdarı olan Məsud Pezeşkian Donald Trampın xəbərdarlığından nəticə çıxarsa da, Xamenei tərəfdarları vətəndaşlara qarşı sərt mövqelərindən geri oturmaq istəmirlər. Həm də bu ona görədir ki, 10 gündür davam edən etiraz aksiyalarında Məsud Pezeşkiana qarşı hər hansı şüar səsləndirilmədiyi halda, Əli Xamenei və onun başında durduğu “Vilayət-i fəqih” institutu hədəf alınır.
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər
- ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir
- Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı
- Nəsimi rayonunun başına keçən Gülarənin utandırıcı videosu yayıldı – VİDEO
- 8 illik güzəşt ləğv olundu: Kərə yağı bahalaşacaq? - Video
- 35 yaşından əvvəl siqareti tərgidəndə nə baş verir?
- Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi
- Razi Nurullayevdən dəbdəbəli toyla bağlı yeni açıqlama: “Gözlərindən tökdünüz”