Əliyev bu məsələyə son qoymaq qərarına gəlib - Surenyants

09:40 - 8 Yanvar 2026 - GÜNDƏM

 Əliyev bu məsələyə son qoymaq qərarına gəlib - Surenyants

İstədiyinə nail olan Bakı Sünikdən (Qərbi Zəngəzur) keçən marşrutun adları ilə bağlı mübahisələrə son qoymaq qərarına gəlib.

BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli telekanallara müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

İlham Əliyev müsahibədə Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizinin açılacağına şübhə etmədiklərini bildirib:

“Ermənistanla münasibətlərin normallaşdırılması prosesinin bir hissəsi olaraq həll etməli olduğumuz bütün məsələlər istədiyimiz kimi həll edilib”.

Bu xəbər hal-hazırda çox oxunur
Mübariz Mənsimov barəsində istintaq başladıldı

Surenyantsın sözlərinə görə, layihənin adının “Tramp yolu”, Zəngəzur dəhlizi və ya başqası olmasından asılı olmayaraq, əsas məsələ bu yolun əməliyyat parametrləridir:

“Təhlükəsizlik rejimi, gömrük və pasport nəzarəti, eləcə də bu rejimin Ermənistanın yurisdiksiyası və suverenliyini məhdudlaşdırıb-məhdudlaşdırmadığını və digər şeyləri anlamaq vacibdir. Bu baxımdan, Azərbaycanın istədiyinə nail olduğunu düşünürəm. Əliyevin də açıqlamasına əsasən, sözügedən marşrut Azərbaycanın tələblərinə tam cavab verir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol