Daxili imkanlar və mövcud ştat vahidləri hesabına AMEA-nın elmi-tədqiqat müəssisələrində Rəqəmsal elm sahəsi və süni intellekt, regionlarda yerləşən Elmi bölmələrdə və Elmi mərkəzlərdə isə Rəqəmsallaşma və süni intellekt şöbəsinin yaradılması haqqında qərarlar qəbul olunub.
BUTA.TV xəbər verir ki, bu barədə qərar Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında qəbul edilib.
İclasda həmçinin bildirilib ki, yaxın günlərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda mövcud ştat vahidləri və daxili imkanlar hesabına “Müasir Azərbaycan dili” şöbəsinin bazasında “Müasir Azərbaycan dili və nitq mədəniyyəti” şöbəsi yaradılacaq.
Bundan başqa, bir sıra kadr məsələlərinə də baxılıb. Filologiya elmləri doktoru İsmayıl Məmmədli AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İlhami Cəfərov Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru Sayalı Sadıqova Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru Lalə Qurbanova Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiri, filologiya elmləri doktoru Mayıl Əsgərov AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvistika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Yusifova AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit və folklor şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Rahim Həsənov həmin mərkəzin Tarix və epiqrafika şöbəsinin müdiri və Elşən Abdurahmanov həmin mərkəzin Arxeologiya və etnoqrafiya şöbəsinin müdiri vəzifəsinə təsdiq ediliblər.
Nəsimi rayonunun başına keçən Gülarənin utandırıcı videosu yayıldı – VİDEO
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər
- ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir
- Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı
- Nəsimi rayonunun başına keçən Gülarənin utandırıcı videosu yayıldı – VİDEO