Azərbaycan İsraildə suyun duzsuzlaşdırılması (desalinasiya) layihəsinə 270 milyon ABŞ dollarınadək sərmayə yatıra bilər.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, Azərbaycan İnvestisiya Holdinqi (AİH) İsrailin suyun duzsuzlaşdırılması üzrə IDE şirkətində 30%-lik payın planlaşdırılan satın alınması ərəfəsində ətraflı yoxlama (due diligence) aparır.
Qeyd edək ki, IDE İsraildə ən böyük desalinasiya şirkətidir. Şirkət İsraildə desalinasiya olunmuş suyun 45%-nə cavabdehdir. Əgər sövdələşmə baş tutarsa, bu, Azərbaycanın İsraildə ikinci böyük dövlət investisiyası olacaq. Birinci belə investisiya 2025-ci ilin yayında SOCAR tərəfindən Tamar qaz yatağının 10%-lik payının 1,25 milyard dollara alınması olub.
- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
- Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - Foto
- Zelenski Hikmət Cavadı təltif etdi
- Onu sonuncu səfərində tək buraxmadı - Video
- 105 ildir belə isti görmürdülər...