Misirdən gələn “CASA C295” hərbi nəqliyyat təyyarəsi Ermənistanın hava məkanından istifadə edərək Azərbaycana uçub.
BUTA.TV xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumatda bildirilib ki, adətən hərbi təyyarələr Türkiyə və Gürcüstan vasitəsilə Azərbaycana uçur:
“Qeyri-mülki təyyarələrin (rəsmi, o cümlədən hərbi) ölkənin hava məkanından uçuşu üçün Ermənistan Xarici İşlər Nazirliyinin ayrıca icazəsi tələb olunur. Qahirə-Bakı reysi 2025-ci il dekabrın əvvəlində baş tutub. Elə həmin gün təyyarə yenidən Ermənistandan keçərək Misirə qayıdıb”.
Nəşr uçuşun məqsədi ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinə sorğu göndərib. Nazirlik bunun şəxsi səfər olduğunu bildirib:
“Bildiririk ki, Qahirədən Bakıya Ermənistan hava məkanından uçan təyyarə sərnişin təyyarəsi olub. Təyyarə Azərbaycana xüsusi yüksək vəzifəli şəxsi gətirib”.
- “Deputat dedi ki, o işlərə baxan çox həyasızdır” - Video
- Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılıb ölkəsinə qaytarıldı
- Bakıda əməliyyat: saxlanılan var - Video
- “Neft sata bilmirik, fabriklərimiz dağılıb”
- Müdafiə nazirinin ən gənc müavini 40 yaşını qeyd edir
- Sabah çimərliklərdə hava necə olacaq?
- “Amay”da öldürülən Orxan iş adamı imiş - Foto
- Məşhur şirkət Azərbaycanda vergi ödəyəcək