Bu il Azərbaycanda Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan 500 nəfərdən 155-i dünya reytinq cədvəllərində ilk onluqda yer alan universitetlərdə təhsilini davam etdirəcək.
Onların arasında 7 nəfər ABŞ-ın məşhur Massaçusets Texnologiya İnstitutu, Harvard və Stenford universitetlərinə qəbul olunub.
BUTA.TV Modern.az-a istinadla xəbər verir ki, Massaçusets Texnologiya İnstitutuna (MİT) qəbul olunan gənclərdən biri Milli Məclisin deputatı Azər Kərimlinin oğlu Heydər Kərimlidir.
Belə ki, Heydər Kərimli dünya şöhrətli universitetdə maliyyə ixtisası üzrə magistratura təhsili alacaq.
“Sea Breeze”də su nasosunda sıxılı qalan 4 yaşlı uşaq öldü - Yenilənib
Qeyd edək ki, Massaçusets Texnologiya İnstitutu (ingiliscə: Massachusetts Institute of Technology və ya qısaca MİT), ABŞ-ın Massaçusets ştatının Kembric şəhərində yerləşən, dünyanın ən nüfuzlu və aparıcı özəl tədqiqat universitetidir. 1861-ci ildə yaradılan bu ali təhsil ocağı, xüsusilə mühəndislik, kompüter elmləri, süni intellekt və təbiət elmləri sahəsində qlobal lider sayılır. Dünyanın ən nüfuzlu ali təhsil reytinqlərindən olan QS World University Rankings 2027 hesabatına əsasən, MİT ardıcıl olaraq dünyanın 1 nömrəli universiteti seçilib.
Əlavə edək ki, Azər Kərimlinin böyük oğlu Fəxri Kərimli ali təhsili Böyük Britaniyada bitirib, o, Oksford Universitetinin məzunudur.
- Sabah çimərliklərdə hava necə olacaq?
- “Amay”da öldürülən Orxan iş adamı imiş - Foto
- Məşhur şirkət Azərbaycanda vergi ödəyəcək
- Deputatın oğlu MİT-ə qəbul olundu
- Deputatın oğlu MİT-ə qəbul olundu
- Mozalanın çəkildiyi metro stansiyası hansıdır? - Video
- “Amay”da öldürülən şəxs iş adamı imiş - Fotolar
- 55 yaşlı kişi faciəvi şəkildə öldü