Ermənistan heç bir ölkə ilə, o cümlədən Azərbaycanla silahlanma yarışına girməyi planlaşdırmır. Rəsmi İrəvan bu məsələdə qarşıdurma xəttini deyil, təhlükəsizlik ehtiyaclarına uyğun balanslı yanaşmanı üstün tutur.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, silahlanma yarışında iştirak etməmək Ermənistanın müdafiə sahəsində addımlar atmayacağı anlamına gəlmir.
O qeyd edib ki, ölkə öz silahlı qüvvələrinin ehtiyaclarını nəzərə alaraq silah və hərbi texnika alınmasını, həmçinin mövcud imkanların modernləşdirilməsini davam etdirəcək.
- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
- Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - Foto
- Zelenski Hikmət Cavadı təltif etdi
- Onu sonuncu səfərində tək buraxmadı - Video
- 105 ildir belə isti görmürdülər...