Ermənistanda “Tramp yolu” üçün özəl operatorlar işə götürüləcək: ABŞ yoxlama və gömrük rəsmiləşdirilməsi prosedurları, eləcə də yoxlama texnologiyaları daxil olmaqla texniki yardım göstərəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Mark Rubio arasında keçirilən görüşdən sonra birgə bəyanatda deyilib.
Bəyanatda Ermənistanın sərhəd və gömrük əməliyyatları məsələlərində suverenliyi və yurisdiksiyasının müzakirə mövzusu olmadığı bir daha vurğulanıb.
Sərhəd idarəetmə mexanizmi beynəlxalq “ön ofis-arxa ofis” əməliyyat modelindən istifadə etməklə fəaliyyət göstərəcək. Ermənistan ilkin gömrük rəsmiləşdirilməsi prosedurlarını optimallaşdırmaq, sənədləşməni rəqəmsallaşdırmaq və vahid sərhəd keçid məntəqəsi konsepsiyasını tətbiq etmək üçün pilot layihələr həyata keçirmək niyyətindədir.
“TRİPP Development Company” tərəfindən işə götürülmüş özəl operatorlar aşağıdakı xidmətləri göstərəcək: yoxlama üçün sənədlərin ilkin toplanması, istifadəçilərə məlumat və məsləhət verilməsi, ticarət və tranzit üçün ödənişlərin toplanması və emalı. Ermənistan rəsmiləri bütün sərhəd və gömrük məntəqələrində fiziki mövcudluğunu qoruyacaq və suveren funksiyalar autsorsinqə verilməyəcək. Ermənistanda əməliyyat təhlükəsizliyini təmin edən özəl personal lisenziya almaq şərtilə işə götürülə bilər.
- İrana aid tarixi əsərlər Çində yoxa çıxdı
- Bakı və Vaşinqtonun strateji tərəfdaşlığı - Detallar
- Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyub
- Vens İrəvanda ilk addımı Azərbaycan xalçasına atdı
- Buzlu yol Salyanda ağır qəzaya səbəb oldu - Video
- Məhkəmədən Mirədalət Talışxanov barəsində qərar...
- Pensiyalar yeni artımla nə vaxt ödənəcək? - Rəsmi
- AzerGold QSC-nin təsis edilməsindən 11 il ötür