Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır

15:06 - 14 Yanvar 2026 - GÜNDƏM

 Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır

Aydın məsələdir ki, ABŞ İran şahının oğlu Rza Pəhləvidən istifadə etməyə çalışır. Burada söhbət Trampın komandasındakı bəzi fiqurlardan, xüsusilə yəhudi lobbisinin ultra-sağ qanadında yer alan şəxslərdən, hazırkı İsrail hökumətindən və Netanyahunun komandasından gedir. Onlar Pəhləvidən hansısa formada faydalanmaq niyyətindədirlər.

Bu sözləri BUTA.TV-a açıqlamasında siyasi ekspert Turab Rzayev ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və İran şahının oğlu Rza Pəhləvi arasında görüş olması barədə yayılan məlumatı şərh edərkən deyib.

Onun sözlərinə görə, Rza Pəhləvi İran cəmiyyətinin böyük əksəriyyəti tərəfindən qəbul edilən fiqur deyil:

“Onu cəmi əhalinin 5–7 faizi dəstəkləyir. Pəhləvilərin hakimiyyəti çox da uzaq keçmişdə deyil. Həmin dövrdə baş verən qanlı qırğınlar, korrupsiya və əxlaqsızlıq hələ də yaddaşlardadır. Bu səbəbdən onların yenidən hakimiyyətə qayıtması real görünmür”.

Ekspert bildirib ki, ABŞ və İsrail mövcud vəziyyətdə hər vasitədən istifadə etməyə çalışır:

“Rza Pəhləvi daha əvvəl İsrailə səfər edib, Pəhləvilər ailəsi İsraillə qohumluq əlaqələri qurub. İndi bu faktordan da siyasi məqsədlər üçün istifadə etmək niyyətindədirlər.

Oxşar ssenari daha əvvəl Əfqanıstanda tətbiq edilib, lakin nəticə verməyib. ABŞ-ın Əfqanıstanı işğalı zamanı keçmiş şahın törəmələri önə çıxarılsa da, onların cəmiyyətdə real dəstəyi olmadı və ölkə yenidən Talibana döndü. İranda da şahın yalnız müvəqqəti fiqur kimi təqdim edilməsi mümkündür, lakin onun real siyasi dayağı yoxdur”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol