Türkiyə ABŞ-ın İrana hərbi müdaxiləsinin əleyhinədir. Türkiyənin siyasi dairələrini anlamaq olar. ABŞ-ın vaxtilə İraqa və Suriyaya hərbi müdaxilələri Türkiyəyə ciddi problemlər yaratdı. Ona görə də Ankarada hesab edirlər ki, ABŞ-ın İrana mümkün müdaxiləsi Türkiyəyə əlavə problemlər yaradacaq. Bu səbəbdən Ankara müdaxilə ssenarisinin qarşısını almaq üçün Vaşinqtonla təmasları yoğunlaşdırıb.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, öz növbəsində Tehran Ankaranın imkanlarından istifadə etməyə qərar verib:
“ABŞ Prezidenti Donald Tramp İranda baş verən qətliamlar fonunda İran rəsmiləri ilə təmaslara ara verdiyini elan etdikdən sonra Tehran Ankaraya müraciət edib. İran və Türkiyə xarici işlər nazirləri Abbas Arakçı və Hakan Fidan 24 saat ərzində iki dəfə telefonla danışıblar. Tehran Ankaranın Vaşinqtonu müdaxilə ssenarilərindən imtina etməyə inandırmasını istəyir. Hakan Fidan Abbas Arakçı ilə danışıqlardan sonra ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndə Tom Barrakla görüşüb. Tom Barrak səfir olmaqla yanaşı Donald Trampın yaxın dostudur və onun dövlət katibinin başı üzərindən prezidentlə birbaşa təmas imkanı var. Barrak Ankaranın istəyini Trampa çatdıracaq. Ancaq ABŞ prezidenti İrana müdaxilə qərarı verərsə, Türkiyənin maraqlarını nəzərə almayacaq. Türkiyə İranda təlatümlərin səngiməsini və bu dövlətin ərazi bütövlüyünü dəstəkləsə də, qardaş ölkədə İrandakı rejimin illər boyu PKK-nı dəstəklədiyini də unutmayıblar”, - o vurğulayıb.
- XİN-dən TRİPP marşrutu ilə bağlı açıqlama
- Bakı bu dörd ermənini İrəvana verdi
- Tarixi fürsətdir, İran zərərsizləşdiriləcək!
- ABŞ-ın İrana qarşı A və B planı
- ABŞ İrana zərbə endirəcək? - Türkiyə hərəkətə keçdi
- Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır
- Ermənistan bizi Qafqazdan çıxarır – Solonnikov
- Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan