Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?

08:02 - 15 Yanvar 2026 - GÜNDƏM

 Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?

Azərbaycanın Ermənistana 4 ermənini təhvil verməsi, xüsusilə Meşəli qətliamında iştirak etməkdə ittiham olunan Vaqif Xaçatryanın qaytarılması müzakirələrə səbəb oldu. Birinci Qarabağ müharibəsində yaşananlar fonunda cəmiyyətin narazılığı anlaşılandır. Lakin bu addımın məntiqi səbəbi olmalıdır.

Xaçatryanın qaytarılmasında bir məntiq ola bilər: xəstəliyinin ağır olması və ölüm riski;

70 yaşlı cinayətkarın həbsxanada ölməsi beynəlxalq diqqəti Bakıda həbsdə olan ermənilərin üzərinə yönəldə və erməni diasporu/lobbisinin uzun müddətdir nəticə əldə edə bilmədiyi “məhbus kampaniyası”na yeni əsas yarada bilərdi. Bu kampaniya qarşısında indiyə qədər geri çəkilməyən Bakının yanaşması bundan sonra da dəyişməyəcək. Hərçənd, Xaçatryanın xəstəliyi ölümlə nəticələnəcəyi təqdirdə, yeni vüsət alacaq “məhbus kampaniyası” sülh prosesini koordinasiya edən Vaşinqtonun da prosesə diqqət ayırmasına səbəb ola və nəzərləri xunta rejiminin “rəhbərlərinə” – Araik Arutyunyan, Ruben Vardanyan və digərlərinə yönəldə bilərdi. İstisna deyil ki, Xaçatryanın təhvil verilməsində hadisələrin bu istiqamətində inkişaf riskləri nəzərə alınıb.

4 erməninin indi təhvil verilməsi isə iki kontekstdə dəyərləndirilə bilər.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Birincisi, Ermənistan daxilində Paşinyanın mövqelərini gücləndirməkdir. 4 ermənini İrəvana qaytarması Paşinyana revanşizmi dəstəkləyən kilsəyə qarşı mübarizədə üstünlük qazandırır və cəmiyyətə sülhün nəticələrini təqdim etmək imkanı yaradır.

İkincisi, Bakı-İrəvan xəttində sülh prosesinin praktiki müstəvidə icrasını davam etdirməkdir. Ermənilərin ABŞ və Ermənistan arasında TRİPP layihəsinin (Zəngəzur dəhlizi) icrası ilə bağlı birgə bəyanatın qəbul edilməsi fonunda qaytarılması diqqət çəkir.

4 erməninin İrəvana təhvil verilməsinin başqa məntiqi görünmür. Bütün təzyiqlərə rəğmən ərazi bütövlüyü və suverenliyini bərpa edən, cinayətkarları Bakıda məhkəmə qarşısına çıxaran Azərbaycan dövlətinin Xaçatryanı “geri çəkildiyi” üçün təhvil vermədiyi bəllidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol