Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan

13:36 - 15 Yanvar 2026 - GÜNDƏM

 Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan

Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsi təmin olunacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, TRİPP layihəsi regionda sülhün konkret və praktik addımlarla möhkəmlənməsinə xidmət edir:

“Layihə Ermənistan ərazisindən multimodal tranzit əlaqələrinin yaradılmasını, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsini və Transxəzər ticarət marşrutuna inteqrasiyanı nəzərdə tutur.

Bu proses ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsipləri çərçivəsində həyata keçiriləcək və Ermənistan sülh gündəmindən imtina etməyəcək”, - Paşinyan bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol