Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən təsis edilən “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb.
BUTA.TV Modern.az-a istinadən xəbər verir ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülhə, qarşılıqlı hörmətə və əməkdaşlığa töhfə verən seçilmiş şəxslərə və qurumlara təqdim olunur.
İndiyədək bu nüfuzlu mükafata layiq görülənlər sırasında BMT Baş katibi Antonio Quterreş, İordaniya Kralı II Abdullah və kraliça Raniyə əl Abdullah, mərhum Roma Papası Fransisk, Misirin Əl-Əzhər Şərifinin şeyxi, böyük imam Əhməd əl-Tayyib, İMAD Assosiasiyasının təsisçisi Lətifə İbn Ziyaten, Keniyadan sülh fəalı Şəmsa Əbubəkr Fadhil, eləcə də Barbadosun Baş naziri Mia Amor Mottley yer alır.
Fond müxtəlif kateqoriyalar üzrə mükafatlar təqdim etsə də, bu təltif yalnız müstəsna xidmətləri olan şəxslərə və qurumlara verilir. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın həm regionda, həm də beynəlxalq müstəvidə sülh quruculuğu prosesində artan roluna verilən yüksək qiymətin növbəti təsdiqi kimi qiymətləndirilir.
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?
- Nəsimi Nəbizadə "Qurtuluş"undan danışdı
- Ceyhun Bayramov Rubio ilə telefon danışığı apardı
- Rza Pəhləvinin Sultan Əhmədə xəyanəti
- İlham Əliyevə verilən mükafat daha öncə kimlərə təqdim edilib?