Kiçik Aral dənizində suyun həcmini əhəmiyyətli dərəcədə artırmaq imkanı var.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.
“Aral dənizinin xilas edilməsi bütün bəşəriyyət üçün təcili vəzifədir. İllər ərzində görülən işlər sayəsində Şimali Aral dənizini xilas etdik. Kiçik Aral dənizində də suyun həcmini əhəmiyyətli dərəcədə artırmaq imkanı var. Amma bu, təkcə bizim məsələmiz deyil. Qazaxıstanın əsas çaylarının əksəriyyəti qonşu ölkələrdən başlayır. Çayın başlanğıcının yerləşdiyi ölkələrin su siyasətindən asılı olaraq, çayın suyu müxtəlif vaxtlarda müxtəlif həcmlərdə dənizə çatır, - dövlət başçısı bildirib.
Qasım-Jomart Tokayevin sözlərinə görə, bir çox problemin həlli bacarıqlı diplomatiyadan asılıdır:
Kamal Abdullanın 20 yaşında dekan müavini etdiyi Jalə onların qızı imiş… – FOTO
“Artıq Mərkəzi Asiyanın bütün ölkələri ilə su ehtiyatlarından birgə istifadə ilə bağlı müqavilələr imzalanıb. Nəticə etibarilə, təkcə Aral dənizinin deyil, həm də Xəzər dənizi, Balxaş və İrtışın taleyini həll etmək üçün qonşularımızla razılığa gəlməli və müqavilələr imzalamalıyıq. Su ölkəmiz üçün strateji bir mənbədir”.
- Tehran xalqı aksiyalara səsləyən əsas şəxsin adını belə çəkmir
- Xəzər dənizinin taleyini həll etməliyik - Tokayev
- Kamaləddin Qafarov: 20 Yanvar faciəsi terrorun bariz nümunəsi idi
- Onlar da Zəngəzur dəhlizinə öz pəncələrini qoydular - Poqosyan
- Türkiyə XİN 20 Yanvar faciəsinin qurbanlarını yad etdi
- Kürd silahlılar istifadə edildi və atıldı: hər şey bitdi - Köçəryan
- Prezident Şəhidlər xiyabanını ziyarətinə dair videoçarx paylaşdı
- Çin Rusiya üzərində qiymət təzyiqini artıracaq – Şərh