Beynəlxalq siyasət və Yaxın Şərq üzrə amerikalı analitik Maykl Skott Doran Prezident İlham Əliyevin yanvarın 20-də Davosda "Avronyus" televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə o, X hesabında paylaşım edib.
“Bu insan müasir dünyada ən istedadlı, hətta ən görkəmli dövlət xadimlərindən biridir. Beynəlxalq münasibətlərin reallıqda necə işlədiyini başa düşməsi misilsizdir”, - Maykl Doran bildirib.
Qeyd edək ki, Prezident müsahibəsində beynəlxalq münasibətlərin bu gün yeni eraya qədəm qoyduğunu deyib:
“Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu”.
- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
- Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - Foto
- Zelenski Hikmət Cavadı təltif etdi
- Onu sonuncu səfərində tək buraxmadı - Video
- 105 ildir belə isti görmürdülər...