Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama

21:24 - 21 Yanvar 2026 - GÜNDƏM

 Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama

Qazaxıstan 25 dekabr 2024-cü ildə Aktau şəhəri yaxınlığından “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus təyyarənin qəzası ilə bağlı hesabat üçün Rusiya və Qərb laboratoriyalarının nəticələrini gözləyir.

BUTA.TV Trend-ə istinadə xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Astanada keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tədqiqat materialları daxili razılaşma çərçivəsində laborator müayinə üçün Azərbaycan və Rusiyaya təqdim olunub. Daha sonra Azərbaycan tərəfi onları Qərb ekspertlərinə ötürüb.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də J2-8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalıb. İdarəetməni itirmiş hava gəmisi Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönəldilərək orada qəza enişi həyata keçirib. Göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib.

Xidməti vəzifələrini yerinə yetirərkən yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə həlak olmuş ekipaj üzvlərinə – Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızına ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Sağ qalan ekipaj üzvləri – Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə I dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol