Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı Azərbaycan sülh sazişinin imzalanması və Türkiyə ilə sərhədin açılması perspektivindən danışıb. İrəvan iki qonşusuyla münasibətlərin normallaşacağına əmindir. İrəvanın ehtiyat etdiyi əsas istiqamət Rusiyadır. Bunu Ararat Mirzoyanın AŞPA-dakı çıxışında toxunduğu bir mövzudan da aydınlaşdırmaq olar.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Ermənistanın xarici işlər naziri ölkəsində iyun ayının əvəlində keçiriləcək parlament seçkiləri ərəfəsində hibrid hücumların güclənəcəyini bildirib. “Biz dezinformasiya, saxta xəbərlər və informasiya manipulyasiyaları mühitində yaşayırıq” – deyən Mirzoyan hibrid hüumları dəf etmək üçün immunitet formalaşdırdıqlarını söyləyib.
Ermənistan hakimiyyətini zəiflətmək məqsədilə hibrid hücumları həyata keçirən və planlaşdıran ünvan bəllidir. Bu Rusiyadır. Azərbaycan da ən çox Rusiyanın hibrid hücumlarından əziyyət çəkir, bunu aparılan monitorinqlər də sübut edir. Seçki öncəsi Ermənistana Rusiya istiqamətindən hibrid hücumların miqyasının artacağı gözləniləndir. Çünki Kreml və onun idarə etdiyi şəbəkələr Nikol Paşinyanın lideri olduğu partiyanın seçkidə məğlub olmasına çalışacaqlar. Bunu əsaslandıran bir başqa xəbər İrəvandan gəlib.
İşdən çıxarılan nazir müavininə yüksək vəzifə verilir - Təyinat gözlənilir
Paşinyanın seçkidə əsas rəqibi olacaq iş adamı Samvel Karapetyana dəstək vermək istəyən qüvvələr növbəyə düzülüblər. Keçmiş prezident Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyan bildirib ki, Karapetyanın komandası ilə vahid siyasi blok yaratmaq üçün danışıqlar aparırlar. Beləliklə, vaxtilə Qərbə yaxınlığı ilə tanınan Levon Ter-Petrosyan Kremlin dəstəklədiyi firuqa üstünlük vermək qərarına gəlib. Bunun iki səbəbi var. Birincisi, Levon Ter-Petrosyan düşünür ki, müxalifətin zəifliyi fonunda Paşinyanın səslərini parçalayacaq yeganə güc Karapetyanın formalaşdırdığı partiya ola bilər. İkincisi, Karapetyan Rusiyada fəaliyyət göstərın “Taşir” şirkəti hesabına 3 milyard dollardan çox sərvətə malikdir. Məşhur filmdə deyildiyi kimi, “Şakaya pul lazımdır”. Bu, “qərbpərəst” Levon Ter-Petrosyanı və digərlərini Karapetyanla birliyə cəlb edən əsas amildir. Bu hesabla Karapetyanın blokuna qoşulmaq üçün digər eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyan da növbəyə düzüləcəklər”, - politoloq qeyd edib.
- Vəkillər Kollegiyasından bu şəxslərə xəbərdarlıq
- Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı
- İlham Əliyevin orada yer alması təsadüfi deyil - Aksoy
- Bu deputatlara vəzifə veriləcək - Siyahı
- Bu şəxslərə xoş xəbər: Maaşları iki dəfə artacaq
- 3 aydan sonra Ermənistana hücum olacaq - Hazırlıq başladı
- Həbsdə olan jurnalistin ailəsində növbəti faciə
- Prezidentdən Xaqani Şirvani ilə bağlı mühüm sərəncam