Şərifovun milyonlarla borcu olan şirkəti "Ağsuçay" yatağını alıb

19:44 - 4 Fevral 2026 - CƏMİYYƏT

 Şərifovun milyonlarla borcu olan şirkəti

Ağsu rayonunda yerləşən "Ağsuçay" qum-çınqıl yatağı ilə bağlı keçirilən hərracın qalibi məlum olub.

BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, hərracda "Avro-Asiya İnşaat Korporasiyası Evrascon" Açıq Səhmdar Cəmiyyəti (ASC) 70 000 manat qiymət təklifi ilə qalib seçilib.

Beləliklə, yataq yekun qiymət olaraq 70 000 manata sözügedən şirkətə satılıb.

"Ağsuçay" qum-çınqıl yatağının həcmi 90 000 kubmetr, sahəsi isə 6 hektardır. Yatağın istismar müddəti bir ildir.

Bu xəbər hal-hazırda çox oxunur
Müğənni Xananın toyu oldu - VİDEO

"Avro-Asiya İnşaat Korporasiyası Evrascon" ASC baş nazirin keçmiş müavini Abid Şərifovun şirkəti kimi tanınır. Hərçənd Abid Şərifov mediaya açıqlamasında şirkətin qardaşına məxsus olduğunu bildirmişdi.

Şirkətin keçmiş məmura məxsusluğu barədə iddialara isə onun xanımının ASC-nin əsas səhmdarlarından biri olması rəvac verib.

Yeri gəlmişkən, "Avro-Asiya İnşaat Korporasiyası Evrascon" ASC-nin dövlət büdcəsinə 6 718 407.21 manat borcu var.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol